Türkiyəli məşhur müğənni Alişan barəsində yayılan şayiələrlə bağlı açıqlama verib.
AZİNFORM.AZ bildirir ki, sənətçi onun adından "Millət İttifaqı iqtidara gələrsə, məni vətəndaşlıqdan çıxarın" kimi saxta açıqlama yayanları təhqir edib.
"Həqiqətən də şəxsiyyətsiz, alçaqsınız! Hər seçki dönəmində bunu etməkdən bezmədiniz. Kimə demişəm bunu? Mənim bir vətənim var və vaxtım çatanda vətənimdə öləcəyəm. Mənim dövlət başçısına olan sevgimi və hörmətimi hər kəs bilir. Bunu da deməliyəm", - deyə Alişan bildirib. /axar.az/