İranda hicab taxmayan qadınlara görə kameralar quraşdırılır
9-04-2023, 11:42

İran rəhbərliyi ictimai yerlərdə və küçələrdə hicaba nəzarət etmək üçün videokameralar quraşdırmağa başlayıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Reuters” ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. 

Qurum qeyd edib ki, bu tədbir "hicab qanununa qarşı müqavimətin qarşısını almağa kömək edəcək." 

İranda qadınların hicab taxmamaqla bağlı kütləvi etirazlarına səbəb keçən il hicab qaydasını pozduğu iddiası ilə həbs edilən gənc qadın Məhsa Əmininin polis nəzarətində ölməsi olub.

Qeyd edək ki, 1979-cu il İslam İnqilabı dini qanunların sərt təfsirini tətbiq edəndən bəri qadınlar qanunla saçlarını hicab ilə örtməlidirlər. Qanunu pozan qadınları cərimə və ya həbs gözləyir.


 





up