"TikTok” videosu çəkmək istəyən məktəblilər xəstəxanalıq oldular - FOTO
8-04-2023, 17:19

ABŞ-nin Massaçusets ştatında on ibtidai məktəb şagirdi saqqızla təhlükəli "TikTok" videosuna görə xəstəxanaya yerləşdirilib.

AZİNFORM.AZ oxu.az-a istinadən bildirir ki, şagirdlərdən birinin "TikTok" çağırışında iştirak etmək üçün məktəbə kəskin ədviyyatlı saqqız gətirib. Onu şişirtməyə cəhd edən şagirdlərin onuna saqqız kəskin reaksiya verib: uşaqlarda yanıq yaraları yaranıb, üzləri və əlləri sürətlə qızarıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Yandırıcı saqqız Skoville şkalası ilə 16 milyon dəyərində ölçülür. Məsələn, bibər qazı adamın ağzına dəyərsə, insan belə bir yandırıcı hisslə qarşılaşa bilər.

Hadisənin baş verdiyi məktəbdə araşdırma aparılır. Lazımi tədbirlərin görüləcəyi bildirilib.






up