DİGƏR XƏBƏRLƏR
Türkiyənin Elmlər Akademiyasının üzvü, Yer alimi Prof. Naci Görür zəlzələ ilə bağlı yeni xəbərdarlıq edib.
AZİNFORM.AZ xəbər verir ki, Naci Görür gözlənilən 7 baldan yuxarı zəlzələ ilə bağlı proqnoz verib.
“Ərzincan, Bingöl və Karlıova arasında 7,4 bal gücündə zəlzələ gözləyirik. Son zəlzələ 1790-cı illərdə olub. Bingöl Karlıova ilə Bingöl Göynük arasında da 7,2 bal gücündə zəlzələ ola bilər”, – deyə Görür bildirib.
Bundan əlavə, Görür Türkiyəni 20 il ərzində zəlzələyə davamlı hala gətirə biləcəklərini də bildirib.