DİGƏR XƏBƏRLƏR
Dünyanın ən yaşlı döymə ustası olan 106 yaşlı filippinli Apo Vanq-Od məşhur jurnal üçün kamera qarşısına keçib.
AZİNFORM.AZ xəbər verir ki. o, “Vogue Philippines” jurnalının üz qabığında yer alıb. Vanq-Od bu sənəti atasından öyrənib və 16 yaşından bu işlə məşğuldur. Tatu ustası mürəkkəblə deyil, kömür və su qarışığından istifadə edərək döymələr edir.
Aponun çəkilişdən görüntüləri sosial şəbəkədə paylaşılıb.
Onun fotoları izləyicilər tərəfindən marağa səbəb olub.