1 Aprel Beynəlxalq Quşlar Günüdür - FOTO/VİDEO
1-04-2023, 18:35
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Aprelin 1-i dünyanın bir çox ölkəsində Beynəlxalq Quşlar Günü kimi qeyd edilir.

1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb.

AZİNFORM.AZ xəbər verir ki, Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən həyata keçirilən “İnsan və biosfer” bioloji proqramı çərçivəsində qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaqdır.

Quşlarla bağlı əlverişsiz vəziyyətin göstəricisi müxtəlif səviyyəli Qırmızı kitablarda sadalanan növlərin sayı ola bilər. Dünya faunasının təxminən 10 min quş növündən 1200-dən çox növü və ya planetimizdəki quşların hər səkkizinci növü Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilib.




AZİNFORM.AZ




© 2021 «Azinform.AZ». Bütün hüquqlar qorunur
Azərbaycanda və dünyada baş verən ən son hadisələr, günün siyasi, iqtisadi, sosial, hərbi xəbərlərini, idman və mədəniyyət yeniliklərini Azinform.AZ-dan oxuyun.
   
   
   
   
   
Email:azinform2021@gmail.com
Mob: +99450 321 51 68

up