Rusiyada güclü ÇOVĞUN: Yolda 60 kilometrlik tıxac yarandı - VİDEO
31-03-2023, 11:52

Rusiyanın Rostov vilayətinə yağan şiddətli qar nəticəsində M-4 “Don” magistral yolu tamamilə iflic olub.

AZİNFORM.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, magistral yolda 60 kilometrlik tıxac yaranıb.

Xilasedicilər tıxacda qalan və yardım üçün müraciət edən 20 nəfəri təxliyə ediblər.

Əlavə olaraq aidiyyəti qurumlar tərəfindən yolda səkkiz səyyar istilik və qidalanma məntəqəsi istifadəyə verilib.





up