Zəvvarların avtobusu QƏZAYA DÜŞDÜ - VİDEO
28-03-2023, 02:05

Səudiyyə Ərəbistanında Ümrə Ziyarətinə gedən zəvvarları daşıyan avtobusun körpüyə çırpılması və sonradan yanması nəticəsində 20 nəfər ölüb, daha 29 nəfər yaralanıb. 

AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, Məkkəyə gedən avtobusun qəzaya uğramasında əyləc sistemindəki nasazlıq olub.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını və yanğınsöndürənlər göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Yerli mənbələr bildiriblər ki, qəzaya uğrayan avtobusdakı sərnişinlər Yəməndən olan ziyarətçilərdir.

Məsələ ilə bağlı rəsmi qurumlardan heç bir rəsmi açıqlama verilmir.





up