Baş nazir müavininə HÜCUM ETDİLƏR - ANBAAN VİDEO
22-03-2023, 18:36

Kosovo baş nazirinin birinci müavininə tort və meyvə suyu ilə hücum anları kameralara düşüb. Videoda AB tərəfindən dəstəklənən sazişin həyata keçirilməsinə etiraz olaraq Kosovonun Baş nazirinin müavini Besnik Bislimiyə tort və süd kokteyl atıblar.

AZİNFORM.AZ xəbər verir ki, görüntüləri PSD-nin rəhbəri Dardan Molliqaj sosial şəbəkələrdə paylaşaraq videonun yanında yazıb: “Zajednica” üçün tort və süd kokteli”. Bunu qəbul edənlər sevinir! Biz isə Kosovo vətəndaşları buna qarşı çıxacağıq və kütləvi şəkildə onların istefasını tələb edəcəyik. Ona görə də 25 mart şənbə günü saat 14:00-da etiraz edirik” .

Qeyd olunur ki, hadisəni Kosovoda Sosial Demokrat Partiyasının bəzi üzvləri törədib. 






up