Putin bu ölkələrin Rusiyaya olan 20 milyard borcunu sildi
21-03-2023, 00:41

Rusiya Prezidenti Vladimir Putin Afrika ölkələrinin Rusiyaya olan 20 milyard dollardan çox borcunu sildiyini açıqlayıb.

AZİNFORM.AZ musavat.com-a istinadən xəbər verir ki, bu barədə o, bazar ertəsi “Rusiya-Afrika çoxqütblü dünyada” beynəlxalq parlament konfransında açıqlayıb.

Rusiya dövlət başçısının sözləri zalda alqışlarla qarşılanıb.

Qeyd edək ki, Rusiya Federasiyası Afrikada bir sıra layihələr, o cümlədən qızıl mədənlərini ələ keçirmək uğrunda Qərblə savaşır. Bu məqsədlə vəhşilikləri ilə ad çıxarmış “Vaqner” ÖHŞ-nin döyüşçüləri həmin bölgələrdə fəaliyyət göstərir.





up