Almaniyanın Münxen Universitetinin klinikası İntibah dövründə yaşamış şəxsin ölüm səbəbini müəyyən edib.
AZİNFORM.AZ lent.az-a istinadən bildirir ki, Avstriyada tapılan mumiyanın analizi zamanı Avropada 15-ci əsrdə yaşamış şəxsin ətraflarında çox sayda qüsur aşkara çıxıb.
Bəzi orqanların inkişafdan qalması orqanizmdə D vitaminin çatışmazlığı ilə izah edilib. Bu da adətən günə çıxmayan insanlarda baş verir.