NASA Yerlə toqquşa biləcək asteroid aşkarlayıb
11-03-2023, 20:19

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Yerlə toqquşa biləcək asteroid aşkarlayıb. 

Azinform.az TASS-a istinadən xəbər verir ki, hadisənin 14 fevral 2046-cı ildə baş verəcəyi ehtimal edilir.

Asteroidin diametri 50 metrə yaxındır. Onun Yerlə toqquşma ehtimalı 625-də 1 olaraq qiymətləndirilir.





up