Rusiya Ukraynada 60 mindən çox obyekti məhv edib
11-03-2023, 20:10

“Müharibə başlayandan indiyədək Ukraynada 60 mindən çox infrastruktur obyekti Rusiyanın raket zərbələri nəticəsində məhv edilib”.

Ukrayna KİV-i xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.

Nazir həmçinin bildirib ki, Rusiya hərbçilərinin cinayət əməlləri ilə bağlı 66 mindən çox cinayət işi başlanılıb: “Onların əksəriyyəti, təxminən 80 faizi müharibə qanunlarının pozulması ilə bağlıdır. Müstəntiqlərimiz həmin cinayətləri araşdırır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-dən başlayıb.





up