NATO-dan vacib Türkiyə açıqlaması
17-05-2022, 09:50

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Bu barədə Stoltenberq Sosial media hesabında paylaşım edib. O, görüşdə Finlandiya və İsveçin NATO üzvlüyü üçün müraciət etmə qərarının müzakirə edildiyini qeyd edib:

“Türkiyə dəyərli müttəfiqdir və təhlükəsizliklə bağlı narahatlıqlar aradan qaldırılmalıdır”, -deyə o yazıb.

Stoltenberq "belə bir tarixi zamanda" birlikdə olmağın vacibliyini də vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaqlarını söyləmişdi. /ölkə.az/


AZİNFORM.AZ





up