İnstaqram fenomeni pandemiya pullarını oğurlayaraq varlandı - FOTO
7-03-2023, 19:27

ABŞ-ın Massaçusets ştatında yaşayan qadın pandemiya üçün ayrılmış pullarla özünə sərvət toplayıb. 

AZİNFORM.AZ xarici KİV-ə istinadla xəbər verir kii, Nyu-Yorkdan olan 32 yaşlı Daniel Miller “TikTok” və instaqramda dəbdəbəli paylaşımlar edərək fenomenə çevrilib.

Massaçusets Dairə Prokurorluğunun məlumatına görə, Miller 10-dan çox adamın şəxsiyyətini oğurlayıb və hökumətin kovid pandemiyası üçün ayrılmış vəsaitindən 1,5 milyon dollar oğurlayıb.

İnstaqramda 34 mindən çox izləyicisi olan Miller saxtakarlıq sayəsində aldığı lüks məhsulları, o cümlədən Rolls-Royce sürdüyü anları sosial şəbəkələrdə paylaşıb.

Ötən ilin oktyabrında Florida ştatında başqa bir dələduzluq hadisəsində əli olan Miller əyalət həbsxanasına məhkum edilib. Cinayətini etiraf edən qadın oğurlanmış pulu qaytarmaq şərti ilə 6 ay həbs cəzasına məhkum edilib.

Miller, pandemiya yardımını oğurladığı qurbanlarının fotoşəkilləri ilə saxta sürücülük vəsiqəsi alıb, başqasının adından istifadə edərək lüks oteldə qalıb və s. əməllər törədib.

Onun başqasının şəxsiyyət vəsiqəsindən istifadə edərək 8000 dollar pul çəkməyə çalışdığı üçün Floridada 5 il müddətinə azadlıqdan məhrum edildiyi də məlumatlar arasındadır. /ölkə.az/






up