DİGƏR XƏBƏRLƏR
Rusiya Ukraynadakı müharibəni yayın sonuna qədər uduzacaq.
Bunu ABŞ-ın Avropa Quru Qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hodges “CNN Türk”ə müsahibəsində deyib.
İsveç və Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə Rusiyanın bu ölkələrə hücum edəcəyi ehtimalına aydınlıq gətirən amerikalı general deyib ki, Rusiyanın İsveçi və ya Finlandiyanı işğal etmək imkanı yoxdur.
“Rusiya onsuz da Ukraynanın öhdəsindən çətinliklə gəlirlər. Rusiya Ukraynada məğlub olacaq. Mən yayın sonuna, sentyabra qədər Ukrayna Ordusunun Rusiya qüvvələrini 23 fevraldakı xəttədək geri otuzduracağını proqnozlaşdırıram”, - general qeyd edib. /ölkə.az/
AZİNFORM.AZ