PSJ-nin prezidenti adam oğurluğunda şübhəli bilinir
28-02-2023, 21:27

PSJ-nin prezidenti, qətərli iş adamı Nasser Əl-Xəlafi adam oğurluğunda əli olmaqda şübhəli bilinir.

AZİNFORM.AZ xəbər verir ki, bununla bağlı Paris məhkəməsində iddia qaldırılıb.

İddialar 2020-ci ilin yanvarında Qətərdə qaçırılan 42 yaşlı lobbiçi Tayeb Bin Abderrahmanın oğurlanması və işgəncələrə məruz qalması ilə bağlıdır. Həbs edildikdən sonra Bin Abderrahman 6 ay işgəncələrə məruz qalıb, sonra ev dustaqlığına buraxılıb. Ben Abderrahman Qətəri yalnız 2020-ci ilin noyabrında Nasser Əl-Xəlafi ilə bağlı gizlilik müqaviləsi imzaladıqdan sonra tərk edə bilib.

Qeyd edilib ki, Bin Abderrahmanın gizli saxladığı məlumat DÇ-2022-nin Qətərə verilməsi, həmçinin 2026 və 2030-cu ildə keçiriləcək mundialların televiziya hüquqlarının Əl-Xəlafinin sədri olduğu "BeIN Media"ya verilməsi ilə bağlı ola bilər.





up