Soçidən Krasnoyarska uçan təyyarədə sərnişinlər oksigensiz qaldılar - ANBAAN VİDEO
25-02-2023, 12:20

Rusiya hava məkanında təyyarədə təhlükəli anlar yaşanıb.

Belə ki, Soçidən Krasnoyarska uçan “Rossiya” aviaşirkətinin təyyarəsinin salonunda hermetizasiya ilə bağlı problem yaranıb. Bundan başqa, sərnişinlərin sözlərinə görə, hava gəmisi çox köhnə olduğundan salonda olanların hamısı üçün oksigen maskaları düşməyib.

Hadisə 11 min metr hündürlükdə baş verib.

Enişdən sonra bütün sərnişinlər həkimlər tərəfindən müayinə ediliblər. Onlardan beşinə tibbi yardım tələb olunub.


Mənbə: “Baza” “Telegram” kanalı



up