DİGƏR XƏBƏRLƏR
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, sabah Berlində keçiriləcək NATO ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi iclasına qatılacaq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.
Məlumatda qeyd olunub ki, görüş zamanı Ukrayna məsələsi başda olmaqla bir çox gündəm məsələləri müzakirə ediləcək.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tviter hesabında Almaniyaya səfər etdiyini yazıb.
AZİNFORM.AZ