Ukraynada rusiyayönümlü partiyalar qadağan edildi
15-05-2022, 00:00

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyayönümlü siyasi partiyaların fəaliyyətini qadağan edən qanun imzalayıb.

Bu haqda Ali Radanın Konstitusiya Məhkəməsindəki nümayəndəsi Olqa Sovqirya məlumat yayıb.

O qeyd edib ki, qanun dərc edildiyi gündən bir gün sonra qüvvəyə minəcək.

Qeyd edək ki, qanun mayın 1-i qəbul edilib. Müvafiq qərarın qəbul edilməsinə 330 deputat səs verib.



AZİNFORM.AZ





DİGƏR XƏBƏRLƏR
up