Tatlısəs 5 evini zəlzələdən əziyyət çəkənlərə verdi - VİDEO
21-02-2023, 15:03

Türkiyəli sənətkar İbrahim Tatlısəs zəlzələdən əziyyət çəkən vətəndaşlara dəstək olub.

AZİNFORM.AZ xəbər verir ki, o, Bodrumdakı 5 evinin qapısını vətəndaşlara açaraq, “Evim Yuvan Olsun” kampaniyasına qatıldığını vurğulayıb.

Tatlısəs İnstaqram hesabında video paylaşaraq hər kəsi kampaniyaya qoşulmağa çağırıb.

““Evim Yuvan Olsun” kampaniyasına qoşul. İndi yaraları sağaltmaq vaxtıdır. Bodrumda 5 mənzilimi zəlzələ qurbanlarına açdım. Mümkünsə, siz də edin”.

Qeyd edək ki, vitse-prezident Fuat Oktay Türkiyəni sarsıdan böyük zəlzələdən sonra kampaniyaya başladıqlarını açıqlayıb.

Bildirilib ki, xeyriyyəçilər evlərini zəlzələdən zərər çəkənlərə pulsuz və ya əlverişli şərtlərlə kirayə verə bilərlər. /bakupost.az/





up