Moskvada naməlum şəxs insanları GİROV GÖTÜRDÜ - VİDEO
17-02-2023, 23:44

Moskvanın Taqanskaya küçəsindəki gül dükanında naməlum şəxs insanları girov götürüb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

Bildirilib ki, cinayətkar bir qızı sərbəst buraxıb. Mağazada olan insanların ümumi sayı məlum deyil.

Hadisə ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Son məlumata görə, polis insanları girov götürən şəxsi saxlayıb. /publika.az/





up