Zəlzələdə 10 qohumunu itirdi, Hollandiyada 88 milyon avro ianə topladı - VİDEO
16-02-2023, 18:57

Türkiyədəki güclü zəlzələdə 10 qohumunu itirən türk əsilli müğənni Karsu yaşadığı Hollandiyada rekord məbləğdə ianə toplayıb.

AZİNFORM.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ zamanı müğənni Karsunun 10 qohumu Hatay şəhərində dağıntılar altında qalaraq həlak olub. Müğənni ötən günzəlzələ bölgəsindəki zərərçəkənlər üçün ianə kampaniyasını keçirib. Nəticədə 88 milyon avro ianə toplanıb. Karsu ekranda 88 milyon avro toplandığını görərək, göz yaşlarını saxlaya bilməyib.

O, bununla bağlı görüntüləri paylaşaraq,"Təşəkkür edirəm Hollandiya” şərhini yazıb. /musavat.com/





up