Kahramanmaraşda baş verən 7,7 və 7,6 ballıq iki zəlzələ 10 vilayətdə böyük dağıntılara səbəb olub. Dağılan binalarda 30 mindən çox insan həyatını itirərkən, xilasetmə işləri 8-ci gündə də axtarışlarını davam etdirir.
Bu səbəbələ xəzinə və maliyyə naziri Nurəddin Nəbati zəlzələdən zərər çəkmiş 10 əyalətdən biri olan Şanlıurfaya səfər edib.
AZİNFORM.AZ Türkiyə KİV-nə istinadən bildirir ki, zəlzələdən zərərçəkənlərlə görüşdən sonra çəkilən foto sosial mediada tənqidlərə səbəb olub.
Foto ilə bağlı şərhlərdən sonra "Twitter" hesabından mövzu ilə bağlı açıqlama verən nazir Nebati bu ifadələrdən istifadə edib:
"“Zəlzələnin ilk anından millətimizlə birlikdə ərazidə hansı səylər göstərdiyimiz göz qabağındadır. Lakin kiminsə anlıq görüntüləri təhrif edərək öz siyasi maraqlarını güdməsi ilk növbədə onlar üçün utancvericidir.
Mən bu təhrif olunmuş mentaliteti, bu fürsətçi yanaşmanı millətimizin ixtiyarına verirəm". /32gun.az/