Türk və yunan nazirlərin səmimi görüntüləri gündəm oldu
13-02-2023, 15:39

Yunanıstan xarici işlər naziri Nikos Dendias Türkiyəyə səfər edib. O, səfəri çərçivəsində Türkiyədə zəlzələ baş vermiş ərazilərə baş çəkib.

AZİNFORM.AZ xəbər verir ki, Yunanıstan xarici işlər naziri Nikos Dendinas türkiyəli həmkarı Mövlud Çavuşoğlunu başsağlığı və dəstək məqsədil qucaqlayıb. Bu səmimi görüntülər sosial şəbəkədə gündəm olub.

Qeyd edək ki, son vaxtlar Türkiyə-Yunanıstan münasibətlərində gərginlik yenidən alovlanmışdı. Türkiyənin şimal-şərqində baş verən zəlzələdən sonra Yunanıstan Türkiyəyə xilasedici qrup göndərdi və yunan dövlət televiziyası zəlzələ görüntülərini kədərli fon musiqisi ilə təqdim etdi.





up