"Qərb ölkələri “dar perspektivdən ölkəmə qarşı sanksiyalar tətbiq etməklə öz milli maraqlarına ziyan vurur və hərtərəfli qlobal böhrana səbəb olur”.
Bunu Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada hökumət rəsmiləri ilə görüşdə ölkə iqtisadiyyatı ilə bağlı verdiyi açıqlamada deyib.
Rusiyanın xaricdən qaynaqlanan çətin xarici şərtlər altında işləməyə davam etdiyini bildirən Putin "Qlobal çağırışlardan və Qərb ölkələrinin sanksiyalarının təzyiqindən danışıram. Bu sanksiyalar hərtərəfli qlobal böhrana səbəb olur. Dar perspektivə, siyasi etiraslara və Rusiya fobiyasına malik olan bu sanksiyaların memarları öz milli maraqlarına və iqtisadiyyatlarına ziyan vurur" ifadələrindən istifadə edib.
Avropada inflyasiyanın kəskin artdığına diqqət çəkən Rusiya lideri deyib:
"İnflyasiya bəzi ölkələrdə illik nisbətdə 20 faizə çatıb. Sanksiyaların davam etdirilməsinin Avropa İttifaqı və onun vətəndaşları, eləcə də onsuz da aclıq riski altında olan yoxsul ölkələr üçün çox ağır və çətin nəticələri olacaq. Bu vəziyyətin əsas məsuliyyəti Qərb dövlətləridir".
Bu il Rusiyada kənd təsərrüfatı sektorunda yaxşı məhsul gözlədiklərini ifadə edən Putin "Bu vəziyyət həm Rusiyanın daxili tələbatını ödəməyə, həm də qlobal tərəfdaşlarımıza tədarükümüzü artırmağa imkan verəcək” deyib.
Ötən il ölkə iqtisadiyyatında daxili tələbatın geridə qaldığını qeyd edən Rusiya lideri deyib:
"Ayrıca, şirkətlərin və vətəndaşların əmanətlərindəki vəsaitlər azalır. Aydın məsələdir ki, bunlar iqtisadiyyatın gedişatına mənfi təsir göstərir və belə risklərin də azaldılması vacibdir".
AZİNFORM.AZ