Konqres Ukraynaya 40 mlrd. dollarlıq yardımla bağlı təklifi bloklayıb
13-05-2022, 09:00

Senator Rend Pol Ukraynaya rekord 40 milyard dollar əlavə yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini bloklayıb.

Bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Biz ABŞ iqtisadiyyatını məhv etməklə Ukraynanı xilas edə bilmərik”, – deyə Paul söyləyib.

O qeyd edib ki, bu gün ABŞ üçün ən böyük təhlükələr dövlət borcu, inflyasiya və dolların çökməsidir.

“ABŞ-ın indiki şəraitdə öz büdcəsinin zərərinə dünya polisi rolunu oynamağa gücü çatmaz”, – deyə Pol yekunlaşdırıb.

Xatırladaq ki, sözügedən qanun layihəsi əvvəllər ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.





DİGƏR XƏBƏRLƏR
up