Bu barədə Şimali Reyn Vestfaliya vilayətinin daxili işlər nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, 16 yaşlı şəxs təhsil aldığı məktəbdə terror aktı planlaşdırırdı. Polis neofaşist hücumun qarşısını alıb.
Psixi problemlərdən əziyyət çəkən məktəblinin evindən 16 əldəqayırma partlayıcı qurğu, faşist svastikası və müsəlmanlara nifrət təbliğ edən şüarlar götürülüb. Əməliyyatda 120 polis əməkdaşı iştirak edib.