Xomeyninin evinə hücum edildi - VİDEO
27-01-2023, 18:52

İranın Qum şəhərində etirazçı gənclər Xomeyninin evinə əldəqayırma bomba ilə hücum ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, hücum hökumət qüvvələrinin, Xomeyninin 1979-cu ildə İrana qayıdışının ildönümü ilə bağlı “Dəhe-e Fəcr” dövlət tədbirinə görə tam hazırlıq vəziyyətinə gətirildiyi bir vaxta təsadüf edir.

Molla rejimindən narazı gənclər habelə “Dəccal Xameneiyə ölüm olsun!” şüarı səsləndiriblər.





up