Bir zamanlar ABŞ-ın keçmiş prezidenti Donald Trampla sevgili olmaqda adı hallanan məşhur amerikalı model və aktrisa Bruke Şilds 20 il əvvəl zorlandığını etiraf edib.
AZİNFORM.AZ xarici mediaya istinadla xəbər verir ki, aktirasa 20 il sonra bu etirafı nədən etdiyinin səbəbini də bilmədiyini deyib: "Amma bunu deməliyəm, onun adını isə çəkməyəcəm. İlk dəfə bunu dilə gətirirəm. Bəli, məni zorlayıblar. Və bunu edən də yaxından tanıdığım kişi idi".
Aktrisanın sözlərinə görə, həmin vaxt yaxını onu yeni filmin çəkilişi iə bağlı dəvət edib: "O, hoteldə olduğunu deyərək, məni ora çağırdı. Orada otaqda köhnə dostlar kimi film haqqında söhbət edirdik. Bir müddətdən sonra o, tualet adıyla qalxdı və bir az sonra oradan çılpaq çıxaraq gözləmədiyim halda mənə hücum etdi. İnanılmaz və dəhşətli idi. Heç vaxt onu belə gözüdönmüş görməışdim. Az qala boğub öldürürdü məni. Qorxurdum, buna görə müqavimət göstərə bilmədim. Dondum, qaldım. O an ancaq ölməməyi, həyatda qalaraq ondan qurtulmağı düşünürdüm".
Aktrisa deyib ki, o vaxtdan həmin dostu ilə münasibətlərini kəısib.
Xatırladaq ki, aktrisanın bir ara Donald Trampla evlilik söhbəti də yayılmışdı. O zaman iddia olunurdu ki, Tramp prezident olmamışdan əvvəl ona evlilik təklifi edib, lakin nəzakət şəkildə "yox" cavabı alıb. /mia.az/
Bu barədə videonu təqdim edirik: