“Ukraynanı itirə bilərik” - Generaldan ŞOK İDDİA
19-01-2023, 23:07

Rusiyanın Ukraynaya yeni hücumu ilə bağlı söhbətlər səngimir.

AZİNFORM.AZ xəbər verir ki, polşalı general Valdemar Skıpçak Ukraynaya yardımın hücumu dəf etmək üçün kifayət etməyəcəyi təqdirdə, bunun Qərb özü və NATO üçün nəticələrinin ola biləcəyini deyib.

“Qərb kifayət qədər silah verməsə, o zaman Ukraynanı itirəcəyik. Bu gün faktiki olaraq dünyanın, xüsusən də Avropanın bir hissəsinin taleyi bundan asılıdır”, - general bildirib.

Skıpçak vurğulayıb ki, hazırda bütün sivil dünya Ukraynanın qələbəsinə köklənib, buna görədə Ukraynanı itirməyə tab gətirə bilməz: “Qərb Putinin bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi etməlidir”.

General hesab edir ki, Rusiya NATO ilə qarşıdurmaya getmək iqtidarında deyil, çünki onun növbəti hərbi avantüra üçün kifayət qədər gücü və resursları yoxdur. Ona görə də, Skıpçak hazırda Avropanın gələcəyinin Ukraynadan asılı olduğunu söyləyib.

“Rus ordusu o qədər yaralanıb və əzişdirilib ki, indi onu bərpa etmək və birtəhər bu müharibədə qalib gəlmək üçün böyük səy göstərməlidir. Amma onun qalib gəlmək şansı yoxdur”, - polşalı general əlavə edib. /teleqraf.com/





up