Azərbaycan və yaxın ölkələrdə koronavirus itkiləri
12-05-2022, 18:44

Mayın 12-nə olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 220 ölkə, ərazi və məkanda 6,2 milyondan çox adamın ölümünə gətirib. Novator.az bildirir ki, yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 377248 nəfər.

İranda 141198, Ukraynada 108449, Türkiyədə 98870 ölüm qeydə alınıb.

Qalan yaxın ölkələr itki sarıdan belə sıralanır:

Gürcüstan – 16811 nəfər, Qazaxıstan – 13661

Moldova – 11489, Litva – 9123

Ermənistan – 8623, Belarus – 6978

Latviya – 5794, Qırğızıstan – 2991

Estoniya – 2556, Özbəkistan – 1637

Tacikistan – 124.

Milli hesabata əsasən, Azərbaycanda koronavirusa yoluxmuş 792651 nəfərin 9709-u vəfat edib.

2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib.



         AZİNFORM.AZ





DİGƏR XƏBƏRLƏR
up