Qazaxıstanda fövqəladə vəziyyət elan edildi
4-01-2023, 00:44

Güclü külək elektrik xətlərini zədələdiyi üçün Qazaxıstanın Janatas şəhərində təbii fövqəladə vəziyyət rejimi tətbiq edib.

AZİNFORM.AZ xəbər verir ki, buna səbəb güclü küləyin elektrik xətlərini zədələməsi olub.

Nəticədə 20 elektrik ötürücü dirəyi yıxılıb. 21 mindən çox insanın yaşadığı şəhərdə külək zəiflədikdən sonra elektrik xətlərində təmir-bərpa işlərinə başlanacaq.

Bildirilib ki, sözügedən şəhərdə 30 m/s-ə çatan külək hələ də davam edir.





up