Xerson əyalətinin yeni hakimiyyəti Rusiya prezidenti Putinə vilayətin Rusiya federasiyası tərkibinə daxil edilməsi istəyi ilə müraciət etməyə hazırlaşır.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə hərbi-vətəndaş adminstrasiyasının rəhbəri Kirill Stremousov bildirib.
O deyib ki, Xersonda sıfırdan pensiya orqanları və bank sistemi qurulacaq.
“Krımda tam qanuni keçirilmiş referendumu dünya birliyi qəbul etmir. Onlar Rusiyanı tam hüquqlu subyekt kimi qəbul etmək istəmir. Ona görə də Xerson vilayətinin rəhbərliyi tərəfindən bir ümumi qərarla Vladimir Putinə müraciət ünvanlanacaq. Xersonun Rusiya Federasiyasının tərkibinə subyekt kimi daxil olunmasını xahiş edəcəyik”.
Onun sözlərinə görə, Xerson bu ilin sonuna qədər Rusiya tərkibinə keçəcək. /bakupost.az/
Facebook
Вконтакте
Одноклассники
Google+