Ukraynada Medvedçuk və Kozakın qohumlarının əmlaklarına həbs qoyulub
11-05-2022, 17:20

Ukraynada məhkəmə xalq deputatları Viktor Medvedçuk və Taras Kozakın qohumlarının daşınar və daşınmaz əmlaklarına həbs qoyub.

AZİNFORM.AZ  “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Təhqiqat Bürosu (DTB) məlumat yayıb.

Məlumata görə, Lvovun Lıçakov Rayon Məhkəməsi DTB müstəntiqlərinin Müxalifət Platforması – Həyat Üçün (OPZJ) Partiyasından olan deputatların qohumlarının müəssisələrinə məxsus daşınar və daşınmaz əmlaka həbs qoyulması barədə vəsatətini təmin edib. 

“Bu altı müəssisənin nizamnamə kapitalının həcmi 80 milyon qrivendən çoxdur”, - DTB-nin bəyanatında deyilir.

Qeyd edək ki, Medvedçuk və Kozakın qohumları vəzifə səlahiyyətlərindən sui-istifadə, yerin təkinin mühafizəsi və ya istifadəsi qaydalarının pozulması və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması üzrə cinayət işində şübhəli bilinən subyektlərdir. /report/





DİGƏR XƏBƏRLƏR
up