Ukrayna xüsusi təyinatlılarından əməliyyat: Vətən xaini qadın belə saxlanıldı - VİDEO
11-05-2022, 16:45

Ukraynada Rusiya ordusuna yardım etməkdə təqsirli bilinən şəxs ələ keçirilib.

AZİNFORM.AZ  "Sun"a istinadla xəbər verir ki,Ukrayna şəhər şurasının katibi Nadiya Antonova rus qoşunlarına yardım etməkdə ittiham edilir.

Vətənə xəyanətdə günahlandırılan bələdiyyə şəhər şurası katibini tutmaq üçün elit "Alpha Force" bölmələri və gizli kəşfiyyat agentləri kontingentinə qoşulub. Nadiya Antonova yerli müqavimətin onurğa sütununu təşkil edəcək əsgərlərin, polislərin və terrorla mübarizə üzrə ekspertlərin adlarını açıqlamaqda və rus işğalçılarına kömək etməkdə günahlandırılır.

N.Antonova Xarkov vilayətinin Kutuzivkada ərazisində bombalanmış hökumət binasının zirzəmisində əyilmiş vəziyyətdə tapılıb. O, Ukrayna xüsusi təyinatlılarının əməliyyatında yaxalandığı anlar saniyə-saniyə kameralara düşüb. 

Həbs edilən N.Antonova ağlayaraq bu sözləri deyib: 
"Xain! Elə bilirsən ki, satqın tapmısan? Ayıb olsun sənə. Mən bütün vaxt ərzində burada olmuşam. Səncə, biz burada necə yaşayırıq?" 

Prokurorların iddiasına görə, Antonova, həmçinin kənd yerləri haqqında məlumatları ilə Ukrayna əsgərlərinə əla partizan döyüşçüləri kimi dəstək ola biləcək ovçuların və park qoruyucularının şəxsiyyətlərini barədə də məlumatlar ötürüb.

N.Antonova həmçinin Rusiya qüvvələrinə dəstək nümayişi üçün yerli əhalini  ağ sarğı taxmağa məcbur etməkdə ittiham olunur.

İkinci məmur Eduard Konovalov cəbhə xəttində yerləşən Starı Saltiv şəhərində başqa bir koordinasiyalı reyd zamanı ələ keçirilib. Qubernator iddia edirdi ki, yerli şuranın başçısı Konovalov könüllü olaraq işğalçıların tərəfinə keçib, onları sığınacaqla təmin edib və xalqı düşmənə müqavimət göstərməməyə çağırıb. Rusiya qoşunları ilə əməkdaşlıq edən bu şəxsləri “hərbi vəziyyətlə bağlı dövlətə xəyanət” ittihamı ilə ömürlük həbs cəzası gözləyir. /ölkə.az/





DİGƏR XƏBƏRLƏR
up