Rusiyada ticarət mərkəzində GÜCLÜ YANĞIN OLDU
25-12-2022, 11:45

Rusiyanın Krasnodar diyarının Tibilisskaya kəndində ticarət mərkəzi yanıb.

AZİNFORM.AZ xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsindən verilən məlumata görə, yanğın səhər saatlarında Oktyabrskaya küçəsində başlayıb.

Yanğın sahəsinin 1000 kvadratmetr olduğu qeyd edilir.

Hadisə şahidləri sosial şəbəkələrdə qeyd edirlər ki, bu ünvanda yerləşən “Veqa” ticarət mərkəzi yanır. Yayımlanan görüntülərdə yanğının binanın iki mərtəbəsini əhatə etdiyi görünür.

Moskva vaxtı ilə səhər saat 9:07-də yanğınsöndürənlər alovun qarşısını ala biliblər. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.





up