Məktəbli qızlardan ağlasığmaz əməl - "Bomj"u...
23-12-2022, 20:09

Kanadanın Toronto şəhərində sosial şəbəkədə tanış olan 8 məktəbli qız evsiz kişini qətlə yetirib.

AZİNFORM.AZ  bildirir ki, bu barədə Associated Press məlumat yayıb.

Qızlar kişiyə hücum edərək onu bıçaqlayıblar və, polisin məlumatına görə, ondan bir şüşə spirtli içkini almağa çalışıblar. Tezliklə onlar cinayət yerinin yaxınlığında saxlanılıblar. Xəstəxanaya çatdırılan zərərçəkən aldığı xəsarətlərdən orada ölüb.

Hücumun iki iştirakçısı 16, qalanları isə 13 və 14 yaşında olub. Həbsdən sonra qızlardan silah götürülüb. Onlardan üçü əvvəllər polis tərəfindən saxlanılıblar.

"Qızlar sosial şəbəkədə tanış olublar. Hər kəs şəhərin müxtəlif yerlərində yaşayır. Onların həmin axşam necə və niyə görüşdüyünü, mərkəzə niyə getdikləri bilmirik. Onların bir-birini neçə ildir tanıdıqları məlum deyil. Hazırda dəstə olduğunu deməzdim", - Toronto polisinin cinayət araşdırmaları şöbəsinin əməkdaşı Terri Braun deyib.

Polis qeyd edib ki, qızlar qəflətən qurbanı mühasirəyə alıb və ona hücum edib. Onun sözlərinə görə, 20-30 il əvvəl bu cür hücumları oğlanlar törədib. Braun idia edib ki, hücum bəlkə də sosial şəbəkələrdə hansısa bir trendlə bağlıdır.

Qızlar ikinci dərəcəli qətldə ittiham olunublar. Toronto meri Con Tori mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib. O, qeyd edib ki, hər bir şəhər sakini hörmətə layiqdir. /milli.az/





up