Rusiya aviaşirkəti Soçi-Bakı reysi üzrə uçuşlara başlayıb
11-05-2022, 01:22

Rusiyanın “Azimut” aviaşirkəti Soçidən Azərbaycanın paytaxtı Bakıya uçuşlar həyata keçirməyə başlayıb.

Uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçirilir.

Soçidən (yerli vaxtla) uçuş saat 01:00-da, Bakıya eniş saat 03:50-də, əks istiqamətdə – Bakıdan uçuş saat 04:20-də, Soçiyə eniş saat 05:20-də yerinə yetirilir.





up