Polis "homoseksual toy" mərasiminə basqın etdi
22-12-2022, 00:20

Nigeriyada eynicinslilərin toyunda 19 nəfər həbs edilib.

Nigeriyanın şimalındakı Kano əyalətində şəriət qanunlarını tətbiq edən İslam polisinin üzvləri dünən 19 kişi və qadını eynicinsli nikahda olmaqda ittiham edərək həbs ediblər.

AZİNFORM.AZ xəbər verir ki, Afrika ölkəsində eynicinsli cinsi əlaqə qeyri-qanunidir, dövlət qanunlarına görə 10 ildən 14 ilə qədər həbs, şəriət dini qanunlarına görə isə ölümlə cəzalandırılır. 

Xəbərə görə, Nigeriyada şəriət polisi gələn şikayətdən sonra toy mərasiminə daxil olub. Lakin cütlük qaçıb. Onların “toy”a şahidlik etmək üçün toplaşan şərikləri Hisbah tərəfindən tutularaq nəzarətə götürülüb. 



 





up