DİGƏR XƏBƏRLƏR
Şənbə günü Çinin Zhejianq əyalətinin Zhoushan kəndində qəribə hadisə baş verib.
AZİNFORM.AZ xarici mətbuata istinadən xəbər verir ki, kənddə göy üzü qırmızı rəngə boyanıb. Hadisə sakinlərin narahatlığına səbəb olub.
Məsələ ilə bağlı Zhoushan meteoroloji İdarəetmə İdarəsindən bildirilib ki, göy üzünün qırmızıya boyanmasının səbəbi işıq şüalarının qırılması və limandakı gəmilərin işığının əks olunmasıdır.