Rusiyanın daşınmaz əmlak nəhəngi MÜƏMMALI ŞƏKİLDƏ ÖLDÜ
19-12-2022, 11:50

Rusiyanın daşınmaz əmlak nəhəngi Dmitri Zelenov Fransada keçirdiyi tətil zamanı pilləkənlərdən yıxılaraq həyatını itirib. Bu, Rusiyanın Ukraynaya hücumunun başlanğıcından bəri müəmmalı oliqarx ölümlərinin hələlik sonuncusudur.

AZİNFORM.AZ xəbər verir ki, Rusiyanın daşınmaz əmlak nəhəngi, 50 yaşlı Dmitri Zelenov Fransanın məşhur istirahət mərkəzi Antibesdə dostları ilə şam yeməyinə gedərkən anidən müvazinətini itirərək pilləkənlərdən yıxılıb.

Dostlarının sözlərinə görə, rusiyalı oliqarx əvvəllər özünü yaxşı hiss etmədiyini deyib. Pilləkənlərdən yıxılarkən başından ağır zərbələr alan oliqarx aparıldığı xəstəxanada həyat ilə vidalaşıb.







up