Məşhur aktrisa Təranə Əlidusti həbs edildi
18-12-2022, 19:43

İranlı məşhur aktrisa Təranə Əlidusti yalan məlumat yaymaq və anti-İran hərəkatını dəstəkləmək ittihamı ilə həbs edilib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Qeyd edək ki, aktrisa dünən saxlanılmışdı.

Əlidusti “Satıcı”, “Gözəl şəhər” (“Şəhr-e ziba”, 2009), “Hər kəsin öz kinosu var” (“Chacun son cin ma”, 2007), “Ellinin hekayəsi” (“Darbareye Elly”, 2009) kimi filmlərdə də rol alıb.





up