Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Aprelin sonunda təsdiqlənən qanun layihəsinin Co Bayden tərəfindən məhz Nasizm üzərində Qələbə Günündə imzalanması diqqət çəkib.
S.3522 nömrəli sənədinin təsdiqi prosesi ABŞ-ın vitse-prezidenti Kamala Harrisin iştirakı ilə həyata keçirilib.
Qeyd edək ki, sonuncu dəfə İkinci Dünya Müharibəsində istifadə edilən kredit-icarə proqramı 2022-ci ilin aprel ayının əvvəlində ABŞ Senatı tərəfindən yenidən gündəmə gətirilib.