Mişel Obama Barak Obamanın seksual cazibəsinin sirrini AÇIQLADI
12-12-2022, 20:15

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın 58 yaşlı həyat yoldaşı, vəkil Mişel Obama əri ilə tanışlığının ilk günlərindən danışıb. O bildirib ki, sabiq liderin açıq sözlülüyü və qeyri-romantizmi Mişel Obada seksual maraq yaradıb.

O, Barak Obamanın cəlbediciliyinin sirrini “The Light We Bring” kitabında açıqlayıb. O, ABŞ-ın keçmiş prezidentini həyatında əsas sevgi və əsas problem yaradan adlandırır. Mişelin sözlərinə görə, Barak Obama ilə münasibətin başlanğıcı romantizmdən uzaq olub.

"Mən çox düşünməli olmadım. O, hər şeyi açıq-aydın dedi: "arzularım budur, hörmətim budur, belə başlayıram. Bu səmimiyyət və özünə inamın qarışığı idi. Etiraf etmək lazımdır ki, təəccüblü, təravətləndirici və son dərəcə seksual idi”,- Mişel Obama yazır.

Bundan əlavə, o, uzunmüddətli münasibətlərlə bağlı fikirlərini bölüşüb.

“Partnyorluq başqasının ehtiyaclarına uyğunlaşmağı tələb etsə belə, səni dəyişdirmir. Görüşümüzdən keçən 33 il ərzində nə Barak çox dəyişdi, nə də mən. Dəyişən aramızda baş verənlərdir: milyonlarla kiçik düzəlişlər, kompromislər, hər birinin gətirdiyi qurbanlar”,- Mişel Obama etiraf edib.

"Bizim aramızda olan bu birgə hibrid enerji onilliklər ərzində öz formasını alıb və döyüş sınaqlarından keçibb", -o fikrini yekunlaşdırıb.





up