Bütün Türkiyə bu anadan danışır! -Vicdanları sızladan dəhşətli hadisə…
11-12-2022, 19:33

Türkiyədə SMA xəstəsi olan oğlu üçün pul yığan ananın topladığı pulları xərclədiyi və oğlunu ölümə tərk etdiyi xəbəri bütün ölkədə şok effekti yaradıb. Xəstə oğlu artıq dünyasını dəyişən ana ona qarşı irəli sürülən bütün ittihamları qəbul edib və efirdə canlı yayında həbs edilib.

AZİNFORM.AZ-ın məlumatına görə, ana Didem Gülmez övladı üçün yığılan pulu qeyri-rəsmi yaşadığı evli kişi ilə birlikdə xərclədiyi məlum olub0

Qeyd edək ki, Antalyada doğulan Mustafa Yağız Gülməzin 10 aylıq olarkən SMA olduğu ortaya çıxıb. Oğlu üçün icazəsiz kampaniya başladan atası Gökhan Gülmez dələduzluq etdiyi üçün həbs edilib.

38 yaşlı ana Didem Gülmez oğlu üçün açdığı hesabda isə 167 min dollar (3 milyon 100 min lirə) toplanıb. Sonradan açıqlama verən Aytən Keser adlı qadın xəstə uşağın anası Didem Gülmezin əri ilə yasaq eşq yaşadığını və və ianə pulu ilə əyləndiklərini söyləyib. İddialara görə, Gülmez ianə pulu ilə 4 lüks avtomobil alıb, avtosalon və avtoyuma açıb.






up