Şahzadə Uilyamın 7 il ərzində yeyilən, 100 000 dollarlıq TOY TORTU - FOTO
10-12-2022, 12:00

Dünyanın bir hissəsində insanlar yeməyə çörək tapmadıqları halda digər hissəsində bir torta milyonlarla dollar pul xərclənir.

"Podium" adlanan ən bahalı tortun qiyməti 75 milyon dollardır. 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində hazırlanan bu tortun üzərində 4000 rəngbərəng brilyant olub.

Lakin BiG.AZ oxuculara Böyük Britaniya şahzadəsi Uilyam və Keyt Middltonun toy tortu barədə danışmaq istəyir.

2011-ci ildə hazırlanan bu tort dünyanın ən bahalı tortlarının siyahısında 9-cu yerdədir.

İlkin olaraq 80 000 dollar dəyərində qiymətləndirilən bu tortun qiyməti bu gün 100 000 dollara yaxın (99 695 dolar) olardı.

Səkkiz mərtəbəli tort əl işi olan minə yaxın detallarla bəzədilib.

Mərkəzi mərtəbələrin bəzəyi Bukingem Sarayının rəsm qalereyasının dizaynını təkrarlayır.

Tortun hündürlüyü 91 sm olub və kral ailəsinin müasir toy tortlarından ən alçaq boylusudur.

Bəs niyə bu qədər bahadır? Qiymətin çoxluğu xərclənən zəhmət və tərkibindəki ərzaqların yüksək keyfiyyəti ilə bağlıdır.

7 ilə yeyilib bitməyən tort Bu tortla bağlı daha bir maraqlı fakt barədə danışmaq istəyirik.

Onun əksər hissəsi toy məclisində yeyilib. Tort 650 hissəyə bölünərək paylanılıb. Lakin qonaqlardan bəziləri öz payını saxlayaraq, 3 il sonra hərracda 4000 dollara satıb. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə Çarlz və Diananın toy tortunun bir dilimi 1500 dollara satılıb.

Biskvitdən ibarət tortun üzərinə fransız konyakı əlavə olunduğu üçün bu desert illərlə xarab olmur.

Uilyam və Keyt tortlarının bir neçə mərtəbəsini saxlayaraq uşaqlarının vəftiz (xaç suyuna salınma) mərasimlərində qonaqlara veriblər: toydan 2 il sonra şahzadə Corc üçün, daha 2 il sonra şahzadə Şarlotta üçün, 2018-ci ildə isə (toydan 7 il sonra) şahzadə Lui üçün təşkil olunan məclisdə.

Bəs siz 7 il saxlanılan tortdan yeyərdinizmi?





up