Böyük Britaniyada yaşayan Claire Barnes adlı qadın doğumdan bir gün sonra nişanlısı tərəfindən aldadıldığını öyrənib. Yarıçılpaq fotoların telefonuna gəldiyini görən Barnes həytının alt-üst olduğunu deyib. Gənc qadın nişanlısının qonşusu ilə illərdir münasibətdə olduğunu öyrənib.
AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, uzaq münasibətdə olan Leury və Barnes evlənmək qərarına gəldikdə, gənc qadın hamilə olduğunu öyrənib və doğuş üçün İngiltərəyə qayıdıb.
Gənc qadın başına gələnlər haqda bunları danışıb:
"Üzüyü barmağıma taxdıqdan cəmi bir neçə həftə sonra hamilə olduğumu bildim. Körpəmiz doğulana qədər İngiltərədə qalacaqdım. Körpə dünyaya gələndən sonra arzuladığımız toy edib Karib dənizində yaşayacaqdıq. Hər şey çox yaxşı gedirdi. Hər gün mesajlaşır, söhbət edirdik. Beləcə vaxt keçdi. Mən işdən çıxdım, əşyalarımı satdım və evimi icarəyə verdim ki, Leurinin evinə köçə bilim”.
O, doğuşdan bir gün sonra ərinin ona xəyanət etdiyini öyrəndiyini deyib:
"Qızımız Mickeyley'i dünyaya gətirəndə Leury ilə videogörüntu ilə söhbət etdik. O da qızımızı mənim kimi sevirdi. Məni sevdiyini və mənimlə fəxr etdiyini söylədi. Lakin ertəsi gün Leurinin Dominikan Respublikasındakı qonşularından biri mənə Leurinin yarıçılpaq şəkillərini göndərəndə mükəmməl olduğunu düşündüyüm həyatım alt-üst oldu. Dedi ki, Leury mənimlə olduğu müddətdə onunla əlaqəsi olub. Qonşu qadın uşaq dünyaya gələnə qədər mənə demək istəmədi. Mən Leuridən bunun doğru olub-olmadığını soruşdum. Mən ondan inkar edəcəyini gözləyirdim, amma o da aldatdığını etiraf etdi”.
Həmişə mənə deyirdi ki, gizlədəcək heç nə yoxdur. Hətta mənə dedi ki, istədiyim vaxt mesajlarını və sosial media hesablarını yoxlaya bilərəm. Toyu etdim. Məni, ailəmi və dostlarımı aldadan o adamı həyatımdan sildim. Mən indi tək anayam. Mən yanımda olan insanlarla həyatımı yenidən qurmağa çalışır”, - deyə o, bildirib. /azxeber.com/
Facebook
Вконтакте
Одноклассники
Google+