DİGƏR XƏBƏRLƏR
Bosniya və Herseqovinanın insan haqları və qaçqınlar naziri Miloş Luçiç saxlanılıb.
AZİNFORM.AZ xəbər verir ki, Bosniya və Herseqovina Prokurorluğu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinin əmri ilə saxlanılan Luçiç vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinir.
Məlumata görə, Luçiçin ofisində və evində axtarış aparılıb, onun törətdiyi cinayətlərlə dövlət büdcəsinə ziyan vurduğu müəyyən edilib. /unikal.az/