"Bunlar fövqəladə tapıntıdır", D.Françeskini
10-05-2022, 01:07

  İtaliyanın Sardiniya adasında Dəmir dövrünə aid iki yeni boksçu heykəli tapılıb.

  İtaliyanın mədəniyyət naziri Dairo Françeskini (Franceschini) Kabrasdakı arxeoloji sahədə tapılan heykəllər üçün "fövqəladə kəşf" ifadəsini işlədib.

  Heykəllərin 1970-ci illərdən bəri tapılan digər heykəllər və məzarlarla birlikdə dövrün Aralıq dənizi mədəniyyətinə dair yeni ipuçları verməsi gözlənilir.

  İki heykəlin çılpaq bədən təsvirləri və bədənlərini örtən dəmirlər onların boksçu heykəli olduqları göstərir.

  Qeyd edək ki, Kabrasda ilk arxeoloji qazıntılar 1974-cü ildə ərazidəki fermerlərin ilk tapıntılarından sonra aparılıb.





DİGƏR XƏBƏRLƏR
up